Azad olunmuş daha bir kənddə evlərin təmirinə başlanılır - 2,3 milyon manat ayrılıb

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, yenidənqurma işləri mərhələli şəkildə davam etdirilməkdədir.
Dövlət satınalamalarının vahid internet portalındakı məlumata görə, bu işlərin davamı kimi Xocavənd rayonunda bir sıra fərdi yaşayış evlərinin təmiri işləri aparılacaq.
Belə ki, görüləcək işlər çərçivəsində rayonun Quzumkənd kəndində fərdi yaşayış evlərinin (40 ev - 6732 m2) təmiri nəzərdə tutulur.
Məlumata əsasən, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Dövlət xidməti sözügedən işlərin icrasını “Bəyaz İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, kənddə qeyd edilən evlərin təmiri 2,3 milyon manata başa gələcək.
Qeyd edək ki, işlərin həvalə olunduğu “Bəyaz İnşaat” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 318 708 manat olan MMC-nin qanuni təmsilçisi Yusifli Yusif Eldar oğludur. (trend)
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 13:48


























