Səudiyyə Ərəbistanı Suriyada atəşkəs rejimini və SDQ-nin dövlət qurumlarına birləşdirilməsini alqışlayıb

Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı Krallığının atəşkəs müqaviləsini və Suriya Demokratik Qüvvələrinin bütün mülki və hərbi qurumları ilə Suriya dövləti daxilində inteqrasiyasını alqışladığını bildirib.
Həmçinin, Amerika Birləşmiş Ştatlarının bu razılaşmaya nail olmaq üçün göstərdiyi səyləri təqdir edib.
Krallıq ümid edir ki, bu razılaşma təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, dövlət qurumlarının qurulmasına və Suriya xalqının inkişaf və rifah arzularını qarşılamaq üçün qanunun tətbiqinə töhfə verəcək. Krallıq həmçinin Suriya hökumətinin vətəndaş sülhünün təşviq edilməsi və Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunması səylərinə tam dəstəyini bir daha təsdiqləyib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:32


























