Şəhid ailələri və müharibə əlili olan 16 000 nəfər evlə təmin olunub

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan 16 000 nəfər evlə təmin olunub.
Nunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, post müharibə dövründə isə bu say 7000 olub.
"Əlilliyi olan şəxslərə isə postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə 7700 avtomobil təqdim edilib.
Bu sahədə işlər 2026-cı ildə də davam etdiriləcək", - deyə Vüqar Behbudov əlavə edib. (Trend)
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:31


























