Güclü və şiddətli geomaqnit qasırğası baş verəcək
19-25 yanvar tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Məlumata görə, müsbət qütblü Tac Dəliyi Axınlarının bu gün və ya sabah, 18 yanvarda baş vermiş X1.95 sinifli alışmaya bağlı TKA-nın isə 20 yanvarda Yerə çatacağı gözlənilir. Bu səbəbdən də güclü (G3), hətta şiddətli (G4) geomaqnit qasırğasının baş verməsi ehtimalı var.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:39


























