Geomaqnit qasırğası olmayacaq
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, Günəşin fəallığı nisbətən zəifləyəcək. Hazırda Günəş küləyinin sürəti normaldır.
Yanvarın 13-19-da C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 40 faiz, X (R3) sinif alışmanın başvermə ehtimalı isə 10 faiz təşkil edir.
Günəş küləyinin mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə yanvarın 14-15-də yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsinin sakit və qeyri-stabil səviyyələrdə olacağı proqnozlaşdırılır, geomaqnit qasırğası gözlənilmir.
MARAQLI / KARUSEL
Tarix: Bu gün, 17:11