mobil versiya

Geomaqnit sahəsi sakit-aktiv səviyyələrdə olacaq



Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, Günəşin fəallığı nisbətən azalıb, həftə boyunca alışmalar qeydə alınıb. Günəşin səthində ləkələrin sayının azaldığı müşahidə olunur. Həftə ərzində bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb. Hazırda Günəş küləyinin sürəti normaldır.
Avqustun 26-dan sentyabrın 1-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 70 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20 faizdir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə avqustun 26-dan 28-dək S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.
Geomaqnit sahəsi sakit-aktiv səviyyələrdə olacaq. Geomaqnit qasırğası gözlənilmir.

MARAQLI / KARUSEL
Tarix: 26-08-2024, 16:28