Səfirlik: İrandakı iğtişaşlarda 200 ticarət obyekti, 53 məscid, 53 yanğınsöndürən,180 təcili tibbi yardım maşını yandırılıb

İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mətbuat Xidmətinin son hadisələrlə bağlı açıqlama yayıb.
Səfirlik sözügedən hadisələrin dörd mərhələdə baş verdiyini vurğulayıb. Bildirilir ki,
Birinci mərhələ (28-31 dekabr): Mülki etirazlar - Bu mərhələdə nümayişlər bazar və bəzi gildiyalar səviyyəsində çox dinc və məhdud şəkildə keçirilib. Bu səbəbdən, şəxsən Prezident etirazçıların nümayəndələri ilə görüşərək onların tələblərinin qarşılanması yolları barədə fikir mübadiləsi aparmış; nazirlərə və valilərə gildiya nümayəndələri, eləcə də iqtisadi fəallarla dialoq qurmaq barədə tapşırıqlar verib.
İkinci mərhələ (1-7 yanvar): Zorakı, lakin qeyri-silahlı etirazlar - İkinci mərhələdə, gildiyaların haqqlı tələblərindən sui-istifadə etmək məqsədi güdən yeni ünsürlər bəzi xalq kütlələrinin arasına sızaraq, zorakı hərəkətlərə yol verib. Bu mərhələdə təhlükəsizlik qüvvələri zorakılığın kəskinləşməsinin qarşısını almaq üçün tam təmkinlə davranıb. Vəziyyət hələ də tam nəzarət altında idi. Bu qəbildən olan nümayişlər digər ölkələrin təcrübəsində də tez-tez müşahidə olunan hallardır.
Üçüncü mərhələ (8-10 yanvar): Silahlı zorakılıq və terror aktları (12 günlük müharibənin 13-cü günü) - Təəssüflə qeyd edilməlidir ki, bu mərhələdə terrorçu və silahlı ünsürlər aksiyaların dinc məcradan çıxararaq vəziyyəti kəskinləşdirilib, itkilərin sayını artırmaq məqsədilə polisə və mülki vətəndaşlara qarşı həm odlu, həm də soyuq silahlardan istifadə edilib. ABŞ və İsrail tərəfindən koordinasiya edilən qüvvələrin təhrikedici fəaliyyətlərini sübut edən çoxsaylı video-görüntülər və sənədlər mövcuddur. Bu amansız silahlı qruplar xaos yaratmaq məqsədilə, habelə Sionist rejimin və ABŞ-ın İrana qarşı yönəlmiş 12 günlük hərbi təcavüz siyasətinin davamı kimi küçələrə axışaraq, ağır cinayətlərə və qan tökülməsinə rəvac verilib.
Dördüncü mərhələ (10 yanvardan etibarən): Nəzarətin bərqərar edilməsi - Dördüncü mərhələdə, təhlükəsizlik qüvvələri vəziyyəti tam nəzarətə götürmək, terrorçuların vətəndaşlara və şəhər infrastrukturuna vurduğu zərərlərin qarşısını almaq, habelə İran xalqının bədxahlarının mənfur terror planlarını puça çıxarmaq məqsədilə hərəkətə keçib. Görülmüş operativ tədbirlər nəticəsində çox sayda terrorçu ünsür silahlı vəziyyətdə cinayət başında yaxalanmış və ölkədə asayiş tam bərpa edilib.
Səfirlik dəymiş zərər və tələfatın statistik mənzərəsini açıqlayaraq bildirib ki, çox sayda ictimai iaşə obyekti, dövlət binası və polis məntəqəsi yandırılaraq tamamilə yararsız hala salınıb. Vətəndaşlara məxsus mülklər və mənzillər hədəf alınıb, bəzi şəhərlərdə 200-ə yaxın ticarət obyekti odlanıb. Mağazalarını bağlamaqdan imtina edən sahibkarlar fiziki məhv və yandırılma ilə hədələnib.
Bundan əlavə xüsusi təyinatlı texnikalar hədəfə alınıb, 53 yanğınsöndürən və 180 təcili tibbi yardım maşını yandırılıb. Təkcə paytaxtda 26 bank filialı və 25 məscid vandalizm aktına məruz qalaraq yandırılıb. Ölkə miqyasında ümumilikdə 53 məscid odlanıb.
Açıqlamada deyilir ki, yaralı şəxslər qətlə yetirilib, belə ki, vətəndaşların yaralıları xəstəxanaya çatdırmaq cəhdi zamanı, bəzi şəxslər kömək bəhanəsi ilə onlara qoşulmuş, lakin bir qədər sonra hər 11 yaralıya yaxın məsafədən "nəzarət atəşi" açaraq onları qətlə yetirib.
Silahlı şəxslərdən 1300-dən çox odlu silah və hərbi sursat aşkar edilərək müsadirə olunub.
Səfirlik bəyan edir ki, İran İslam Respublikası xalqın dinc etiraz və qanuni tələb hüququnu tanımaqla bərabər, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə, xüsusilə dinc nümayişlər zamanı insanların can və mal təhlükəsizliyinin, ictimai mülkiyyətin və milli asayişin qorunmasına tam sadiqdir. Milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq, iğtişaşçılar, təxribatçılar və terrorçu ünsürlərə qarşı ən qətiyyətli tədbirlər görüləcəkdir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 19-01-2026, 08:49



























