Xüsusi üsulla gizlədilmiş 39 kiloqramdan artıq heroin aşkar edilib - Video
Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
“Culfa” gömrük postunda ölkəmizdən tranzit keçməklə İrandan Polşaya "plastik üzlük lövhələr” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindəki plastik üzlük panellərin içərisinə malların aşkarlanmasını çətinləşdirən üsullardan istifadə edilməklə yerləşdirilərək sıxışdırılmış 780 ədəd paketdə, ümumi təmiz çəkisi 39 kiloqram 315,246 qram xüsusilə külli miqdarda narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 11:00



























