mobil versiya

97 kiloqramdan artıq narkotik vasitə aşkar edilib



Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 295 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 97 kiloqram 530 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




Reportyor.az


KARUSEL / HADİSƏ
Tarix: 6-11-2025, 17:11