mobil versiya

Ötən il Azərbaycanda ictimai iaşə dövriyyəsi artıb



2025-ci ildə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü illə müqayisədə real ifadədə 12,2 faiz artaraq 2 milyard 808,6 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Qeyd edilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü illə müqayisədə 12 faiz artaraq 1 milyard 422,2 milyon manat olub. (Apa)


Reportyor.az 
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:34