mobil versiya

Zelenski Rusiya hücumları fonunda Davosa getmir




Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın gecə boyu davam edən genişmiqyaslı hücumlarından sonra hələlik Kiyevdə qalır və hazırda Davosa getmir.

Bu barədə Axios müxbiri Barak Ravid X-də bildirib.

Müxbir Ukrayna rəsmisinə istinadən əlavə edib ki, əgər Zelenski "rifah sazişi"ni imzalamaq üçün ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş keçirərsə, Dünya İqtisadi Forumuna gedə bilər.

Rusiya gecə ərzində Ukraynaya 300-dən çox dron və "əhəmiyyətli" sayda ballistik və kruiz raketləri ilə hücum edib.


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:08