mobil versiya

Bakıda yol çökdü - FOTO



Binəqədi-Novxanı avtomobil yolunda "Azərsu" ASC-ə məxsus su borusunda qəza baş verib.
 
Bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nəticədə yolun hərəkət hissəsi 5 metr diametrində çöküb.

Dərhal ərazi AAYDA-nin Yolların mühafizə xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılıb.

Qəzanın aradan qaldırılması üçün əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır.



MANŞET / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 28-09-2019, 18:54