mobil versiya

Xaçaturyan bacıları atalarını necə öldürdüklərini göstərdilər - VİDEO



Atalarını xüsusi amansızlıqla öldürən Kristina (19), Angelina (18) və Mariyanın (17) cinayət törədilən yerdə istintaq ekperimenti zamanı çəkilən görüntülər İnternetdə yayılıb. 

BAKU.WS 
xəbər verir ki, erməni bacılar sözügedən kadrlarda hüquq-mühafizə əməkdaşlarının müşayiətilə hadisə yerində ataları Mixail Kaçaturyanı necə öldürdüklərini göstərirlər.

Xatırladaq ki, Rusiyanın paytaxtı Moskvada yaşayan erməni ailədə törədilən cinayət bütün dünyaya səs salıb. Xaçaturyan bacıları ataları tərəfindən uzun illərlə təcavüzə məruz qaldıqları üçün onu öldürdüklərini etiraf ediblər. Atalarını çəkiclə və bıçaqla vurulan zərbələrlə öldürən bacılar 15 il müddətinə azadlıqdan məhrum ediliblər.





MANŞET / KARUSEL / DÜNYA / HADİSƏ / VİDEOXƏBƏR
Tarix: 8-10-2019, 19:55