mobil versiya

Hacı Zeynalabdin Tağıyevin qohumu Bakıda - VİDEO



H.Z.Tağıyevin Fransada yaşayan qohumu Bakıya gəlib.

REPORTYOR.AZ xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan qohumu Alban Klod ilə görüş keçiriləcək.

Azərbaycana ilk dəfə gələn Alban Klod H.Z.Tağıyevin ikinci oğlu Sadıxın kötükcəsidir. İxtisasca tarixçi olan A.Klod qədim dövr tarixinin tədqiqi ilə məşğuldur, həmçinin Qacarlar sülaləsinin tarixi ilə maraqlanır.

Qeyd edək ki, görüş noyabrın 1-də saat 11.00-da muzeyin konfrans zalında keçiriləcək.


MARAQLI / KARUSEL / ÖLKƏ / VİDEOXƏBƏR
Tarix: 31-10-2019, 11:20