VIII Henrixin 510 il əvvəl yazdığı məktub hərraca çıxarılıb

Ölçüsü 20x38 santimetr olan məktub kral qarderobunun mühafizəçisi ser Endryu Vindzora göndərilib və üzərinə “Henry R” imzası qoyulub. R - latın dilində “Rex” – kral sözünün qısaltmasıdır.
Sövdələşmələr “Paul Fraser Collectibles” hərrac evində holland formatında keçiriləcək. Bu formatda əvvəlcə hərraca çıxarılan məhsul üçün ən yüksək qiymət elan olunur, daha sonra isə qiymət get-gedə aşağı salınır və lot onu həmin qiymətə almağa razı olan ilk alıcıya satılır.
Məktub 65 min funt sterlinq (təxminən 135 min manat) dəyərində qiymətləndirilir. Lotun dəyəri hər cümə axşamı 5 min funt sterlinq məbləğində aşağı salınacaq.
MARAQLI / KARUSEL
Tarix: 5-10-2023, 14:28