mobil versiya

Hansı ölkə nə qədər nüvə silahına sahibdir? – SİYAHI




Stokholm Sülh Araşdırmaları İnstitutu nüvə silahına sahib olan ölkələrin yenilənmiş siyahısını təqdim edib.
Sözügedən siyahıya əsasən xəbər verir ki, hazırda 9 ölkənin nüvə silahına sahib olduğu güman edilir.
Həmin siyahını təqdim edirik:
1. Rusiya – 6500;
2. ABŞ – 6185;
3. Fransa – 300;
4. Çin – 290;
5. Böyük Britaniya – 200;
6. Pakistan - 150-160;
7. Hindistan - 130-140;
8. İsrail - 80-90;
9. Şimali Koreya - 20-30.
Tədqiqatçıların hesablamalarına görə, yer kürəsinin demək olar ki, bütün əhalisini məhv etmək üçün dünya nüvə başlıqlarının yalnız yarısından bir qədər çoxu kifayətdir. Başqa bir hesablamalara görə, dünyadakı bütün nüvə silahları eyni anda partlasa bu zaman təxminən üç milyard ton TNT yaranacaq. Bu, on doqquzuncu əsrin sonunda qeydə alınmış Krakatoa vulkanının ən ölümcül püskürməsindən on beş dəfə güclüdür. Bu partlayışın gücü hətta 66 milyon il əvvəl kütləvi məhvə səbəb olan, dinozavrları məhv edən və iqlimi dəyişdirən asteroid zərbəsi ilə müqayisə edilə bilər. Belə bir partlayışdan sonrakı ilk saniyədə əlli kilometr radiusdakı hər şey sadəcə su kimi buxarlanır. Atəş topu yüzlərlə kilometrə yayılmağa başlayır və yolundakı hər şeyi yandırır. Bu partlayış səsinin bütün dünyada eşidilə biləcəyi bildirilir. Qeyd olunur ki, partlayış nəticəsində günəş işığı yerə çatmayacaq və illərlə davam edəcək nüvə qışı başlayacaq.(AzPolitika.info)


MARAQLI / KARUSEL
Tarix: 15-11-2023, 12:34