“Nüvə silahına nüvə silahı ilə cavab verəcəyik”- Şimali Koreya lideri

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, ötən günki qitələrarası ballistik raket sınağından sonra açıqlamalar verən Şimali Koreya lideri, təhlükəsizlik siyasətləri ilə bağlı heç bir dəyişiklik olmadığını bildirib.
“Nüvə müharibəsinin qarşısının alınmasını daha da gücləndirərək düşmənlərə qorxu aşılamaq və insanların dinc həyatını təmin etmək lazımdır. Şimali Koreyaya açıq düşmən münasibət bəsləyən və tez-tez Koreya yarımadası və ətrafında genişmiqyaslı hərbi təlimlər təşkil edən ABŞ və Cənubi Koreyaya qarşı mübarizəni davam etdirəcək”- deyə, o, bildirib.
KARUSEL / DÜNYA
Tarix: 17-03-2023, 16:39