Kim Çen Inın bacısı onun xəstəliyini etiraf edib: - "O, ağır xəstə olanda da işləyirdi"
"Şimali Koreya lideri Kim Çen In ağır xəstə olsa da işləyirdi".
REPORTYOR.AZ xəbər verir ki, bu sözləri liderin bacısı Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Ye Çjon bildirib.
O, qardaşının yüksək qızdırma xəstəliyi zamanı dincəlmədiyini açıqlayaraq Kim Çen In haqqında səsləndirilən iddiaları təsdiqləyib.
Qeyd edək ki, bu yaxınlarda Şimali Koreya lideri Kim Çen In Covid-19-a qarşı "qələbə" qazandıqlarını bəyan edib. Bacısı Kim Ye Çjonun etirafı isə qələbənin elan edildiyi gün gəlib.
Kim Ye Çjon bu bəyanatla epidemiya əleyhinə tədbirlərə həsr olunmuş iclasda çıxış edib.
KARUSEL / DÜNYA
Tarix: 11-08-2022, 11:30