mobil versiya

Palma yağı insan orqanizmi üçün zərərlidir



Məhsul alarkən çox vaxt tərkibində palma yağı olub-olmamağı ilə maraqlanırıq, çünki istehlakçılar arasında onun ziyanlı olması barədə fikirlər var. Palma yağını gizlətmək üçün qidanın tərkibində bitki yağı, yaxud palma turşusu və ya bu kimi adlar yazılır. Bundan başqa, element 11 və 15 nömrəli kodlarla da qeyd olunur.
Bunu qida eksperti Məhsəti Hüseynova deyib: “Palma yağından daha çox saxlanması uzunmüddətli olan məhsullarda istifadə edilir və xüsusilə də 200 dərəcədən yüksək istiliyə məruz qaldığı üçün tərkibində doymuş yağların miqdarı daha çox olur. Doymuş yağlar isə hidrogenləşdirilmiş yağlar deməkdir. Bəzən elə olur ki, istehlakçılar aldıqları məhsulların tərkibində palma yağının olub-olmadığını bilmirlər, çünki bəzən onu müəyyən adlarda qeyd edirlər. Bəzən tam açıq şəkildə palma yağı yazılır, bəzən palma yağı əvəzinə “hidrogenləşdirilmiş bitki yağı” şəklində yazılır”.
Palma yağının insan orqanizmi üçün zərərləri barədə məlumat verən qida eksperti deyib: “İlk növbədə ürək-damar sisteminin pozulmasına, damar tıxanıqlığına, ürəyin işemik xəstəliyinə səbəb olur. Tərkibində xərçəng yaradan maddələr çox olduğuna görə riski yüksəkdir. Xüsusilə 20 yaşına qədər olanlar daha çox ehtiyatlı olmalıdırlar, çünki 20-25 yaşa qədər orqanizm daim inkişaf prosesində olduğuna görə yağ da orqanizmə vacib olan makroelementlərdən hesab edilir. Əslində isə bunu keyfiyyətli yağdan almaq lazımdır”.
Sağlamlığı qorumaq üçün təbii bitki yağlarından və kərə yağından istifadə etmək daha məqsədəuyğundur.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 18-01-2024, 15:02