mobil versiya

Canan Karatay - Yağ yeyin ki, beyniniz işləsin


"Qurban ətini tapsalar, yağı ilə birlikdə bol-bol yeyə bilərlər".
Milli.Az xəbər verir ki, bunu Türkiyənin məşhur kardioloq və daxili xəstəliklər üzrə mütəxəssisi Canan Karatay deyib.
Mütəxəssis bildirib ki, heyvan mənşəli yağlar ən sağlam yağ hesab olunur. Bu yağlar damarları tıxamır.
"Süni yağlar qatı olur. Kərə yağı isə qatı deyil. Zeytun yağı da qatı olmur. Damarları tıxamaz, beyni açar. Beynin yağa ehtiyacı var. Bizə beynimiz işləməsin deyə yağı qadağan etdillər. İnsanın bədəni motordur, yağsız motor işləməz". (publika.az)


SAĞLAMLIQ
Tarix: 13-08-2019, 18:44