Bu klublar cərimələnib

Azərbaycan Premyer Liqası təmsilçilərindən “Araz-Naxçıvan” 2500, “Turan Tovuz” isə 5700 manat cərimələnib.
Bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
12-ci turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Naxçıvan təmsilçisi 2500 manat cərimələnib. “Turan Tovuz” isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat ziyana düşüb.
Bundan əlavə, Tovuz klubu oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:37


























