Azərbaycan və Pakistan qarşılıqlı investisiya axınlarının artırılmasını müzakirə edib

Azərbaycan və Pakistan arasında qarşılıqlı investisiya axınlarının artırılması müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında paylaşım edib.
Paylaşımda "Pakistan İslam Respublikasına səfərimiz çərçivəsində Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşməkdən məmnun olduq. Neft-qaz sektoruna sərmayələr də daxil olmaqla, qarşılıqlı investisiya axınlarının artırılması, birgə layihələrin təşviqi və biznes dairələri arasında əməkdaşlığın fəal dəstəklənməsi barədə fikir mübadiləsi apardıq", - deyə qeyd olunub.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:19


























