mobil versiya

Fransa öz ehtiyatlarından Ukraynaya artilleriya qurğuları verəcək



Fransanın müdafiə naziri Sebastyan Lekornü ölkəsinin Ukraynaya silah verməyə və əsgərlərinə təlim keçməyə davam edəcəyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Lekornü bunu Berlində alman həmkarı Kristina Lambrextlə birgə mətbuat konfransında səsləndirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Fransanın Rusiyadakı səfiri Pyer Levi ilə görüşdə Ukraynaya Qərb silahlarının tədarükünün yolverilməz olduğunu söyləyib.

Xatırladaq ki, sentyabrın əvvəlində rəsmi Parisin Ukraynaya Fransa ordusu tərəfindən istifadə edilməyən 155 mm-lik TRF1 özüyeriyən artilleriya qurğularını tədarük edəcəyi barədə məlumat yayılmışdı.

Fransa bundan başqa quru qoşunlarının ehtiyatından 155 millimetr kalibrli CAESAR tipli 18 özüyeriyən artilleriya qurğusunu rəsmi Kiyevə təhvil verib.

Musavat.com

SİYASƏT
Tarix: 23-09-2022, 11:14