mobil versiya

Andrey Zaqorodnyuk Ukraynanın Müdafiə naziri seçilib


Ukrayna Ali Radası tərəfindən Andrey Zaqorodnyuk Müdafiə naziri seçilib. APA “ukrinform”a istinadla xəbər verir ki, bu gün parlamentin ilk iclasında müdafiə nazirinin seçilməsi üçün səsvermədə 314 deputat iştirak edib. 
Qeyd edək ki, Ukrayna Konstitusiyasının 114-cü maddəsinə əsasən, Müdafiə naziri və Xarici İşlər Nazirləri Ukrayna Prezidentinin təklifi ilə Ali Rada tərəfindən, Nazirlər Kabinetinin digər üzvləri isə Baş nazirin təklifi ilə Ali Rada tərəfindən təyin edilir.
 
Rəşad Sarıyev /APA/





SİYASƏT / DÜNYA
Tarix: 29-08-2019, 19:38