mobil versiya

Bu gün Əfv Komissiyasının sonuncu iclası keçiriləcək




Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

Qaynarinfo xəbər verir ki, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

Bununla da komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdıracaq.

Qeyd edək ki, indiyədək komissiyada baxılan müraciətlərin sayı 950-dən çoxdur.


SON XƏBƏR / KARUSEL
Tarix: 17-03-2021, 10:42