mobil versiya

DYP əməkdaşı yolda qalan xanım sürücüyə kömək etdi - VİDEO




Sosial şəbəkələrdə Dövlət Yol Polisi (DYP) əməkdaşının avtomobili xarab olaraq yolda qalan xanım sürücüyə kömək etdiyini əks etdirən video yayılıb.

REPORTYOR.AZ xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. 90 KR 420 dövlət nömrə nişanlı, "Nissan" markalı avtomobil yolda qalıb. YPX əməkdaşı isə xanım sürücüyə yardım edərək avtomobili yolun təhlükəsiz hissəsinə çəkməyə çalışır. Digər avtomobilin sürücüsü isə polis əməkdaşının nümunəvi addımını videoya çəkərək sosial şəbəkələrdə paylaşıb.

Görüntüləri təqdim edirik:



SON XƏBƏR / KARUSEL
Tarix: 23-12-2021, 10:49