mobil versiya

Daha bir vətəndaşımız minaya düşdü



Goranboy sakini minaya düşüb.

Hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu minaya düşüb.

Kənd icra nümayəndəliyindən BAKU.WS-in yerli bürosuna verilən ilkin məlumata görə, 26 yaşlı Vüqar Məmmədov çaydan su içmək istəyərkən hadisə baş verib.

Yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və sağ ayağının amputasiya olunduğu deyilir.

SON XƏBƏR / KARUSEL
Tarix: 18-01-2022, 23:12