mobil versiya

HƏYACAN TƏBİLİ: "Meymun çiçəyi" virusuna yoluxanların sayı 9-a çatdı




Böyük Britaniyada daha 2 meymun çiçəyi virusu aşkar edilib

İngiltərədə mayın 6-dan bu yana aşkarlanan “meymun çiçəyi” virusuna yoluxanların sayı 9-a çatıb.

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyindən bildirilib ki, yeni yoluxanlardan biri paytaxt Londonda, digəri isə ölkənin cənub-şərqində qeydə alınıb. Bununlada yoluxma sayı 9-a yüksəlib. 

Agentlik son vaxtlar meymun çiçəyi virusuna yoluxma hallarının əsasən gey və biseksual şəxslər arasında olduğu və yeni halların əvvəllər yoluxmuş insanlarla əlaqəsi  olmadığı barədə məlumat paylaşıb. Amma bu iki fakt arasında hansı əlaqənin olduğu açıqlanmayıb.
İspaniya və Portuqaliyanın Səhiyyə nazirlikləri virusa yoluxma halları ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Virusun ən çox görülən simptomları dəridə qaşınma və qabarcıqlar, qızdırma, bel və əzələ ağrısı, limfa düyünlərinin şişməsidir.





SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 19-05-2022, 10:48