mobil versiya

Bakıda bir ailənin 5 üzvü qəzaya düşdü, ölənlər və yaralananlar var




Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

“Jeep” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107”də olan bir ailənin 2 üzvü – Şəhriyar Həsənov və onun anası (ad və soyadı dəqiqləşdirilir-red) hadisə yerində ölüb. Hadisə zamanı həmçinin ailənin daha 3 üzvü – 29 yaşlı Həsənova Lamiyə Zöhrab qızı və onun övladları – 6 yaşlı Həsənova Mənisə Şəhriyar qızı, iki aylıq körpə Həsənova Məryəm Şəhriyar qızı ağır bədən xəsarətləri alıblar. 

Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. L.Həsənovaya bədənin müştərək travması, Mənisə Həsənovaya sol bazu sümüyünün sınığı və ənsə nahiyəsinin əziyi, Məryəm Həsənovaya isə qapalı kəllə-beyin travması, baş-beyin əziyi, təpə-ənsə nahiyəsinin qəlpəli sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 8-03-2020, 10:11