mobil versiya

Tahir Kərimli Bakıda qadınların aksiya keçirməsindən danışdı: “Əxlaqsızlıq edirlər”



“1965-ci ildə Heydər Əliyev Qərbi Azərbaycanın Krosnaselski rayonuna gəlmişdi. O, rayonun birinci katibi Əli Həsənovla görüşür. O zaman Moskva icazə vermişdi ki, ermənilər bizim torpaqlarımızda “soyqırımı” tədbirləri keçirsin”. 


Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib. 

O bildirib ki, həmin zamanlarda azərbaycanlıların soyqırımı nəzərdə tutulurdu. 

“Bunun qarşısını məhz Heydər Əliyev ala bildi”, - deyə o əlavə edib. 

T.Kərimli “Amnesty İnternational” təşkilatının Bakıda qadınların aksiya keçirməsinə verdiyi reaksiyaya da toxunub: 

“Onlar bəzi qadınların Bakıda aksiya keçirərək, gender bərabərliyi tələb etdiyini bildirib. Onları qəhrəman kimi təqdim ediblər. Halbuki onlar əxlaqsızlıq edirlər”.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 24-04-2020, 12:35