mobil versiya

Polis ictimai nəqliyyatda maska taxmayan şəxsləri yerə düşürür




Paytaxtda xüsusi karantin rejimi qaydalarının qorunması ilə bağlı polis tərəfindən müvafiq tədbirlər gücləndirilib.

BAKU.WS xəbər verir ki, paytaxtda sosial izolyasiya tədbirləri həyata keçirilir. Ara məsafələrinin saxlanılmaması və maskalardan istifadə edilməməsi və digər neqativ hallar var ki, polis onlara qarşı mübarizəni gücləndirib.

Paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda, dayanacaqlarda, əhalinin daha çox istifadə etdiyi digər yerlərdə bu qaydalara əməl olunması ilə bağlı intizam tədbirləri həyata keçirir.

Polis ictimai nəqliyyatda maskadan istifadə etməyən şəxsləri düşürərək onlardan maska alaraq taxmalarını tələb edir. 

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-05-2020, 13:55