mobil versiya

Ermənistanın Tovuzdakı hərbi təxribatının əsl səbəbi



Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatın əsas səbəbi Ermənistanda mövcud olan siyasi və iqtisadi böhrandır.

REPORTYOR.AZ Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Onun sözlərinə görə, xaricdən maliyyələşən, müxtəlif xarici fondlardan əmək haqqı və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən ermənistanın indiki baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla ələ keçirəndən əvvəl də və sonra da Ermənistan cəmiyyətinə çoxlu vədlər verib:

"Vədlər bütün sahələri əhatə edirdi. Sosial-iqtsadi yüksəlişdən tutmuş demokratik prinsiplərin bərqərar olmasına qədər. Ancaq bu qüvvələr hakimiyyətə gələndən sonra əksinə, ölkədə sosial-iqtisadi vəziyyət daha da pisləşdi. COVID-19 pandemiyasının təsiri altında sosial-iqtisadi, maliyyə və siyasi böhran daha da dərinləşib.

Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu məqsədə çatmaq üçün şüurlu şəkildə bu təxribata əl atıldı.

Əldə olunan məlumatlara görə Ermənistanın sərhəd boyu ərazilərində yaşayan əhali panikaya düşüb, bəzi kəndlər və şəhərlər boşalır. Azərbaycan tərəfində isə tam əksinə, öz qəhrəman ordusuna güvənən vətəndaşlarımız öz torpaqlarında həyat və fəaliyyətlərini əminliklə davam etdirirlər. Bilirlər ki, Azərbaycan dövləti və Azərbaycan Ordusu onları qoruyur və qoruyacaqdır".

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 21-07-2020, 11:02