mobil versiya

Çinin aparıcı həkimləri Azərbaycana gəldi (FOTO)




"Azərbaycan Hava Yolları” (AZAL) avqustun 4-də Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yükü Bakıya çatdırıb. 

    
Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması ilə məqsədi ilə Azərbaycanlı həmkarları ilə birgə çalışacaq.
                                                 
    
AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr Azərbaycanın paytaxtına çatdırılmışdır.

    
"Azərbaycan Hava Yolları"nın Çendu şəhərindən (Çinin cənub-qərbindəki Sıçuan əyalətinin paytaxtı) Bakıya birbaşa uçuşu yeddi saatdan çox davam etmişdir.

    
Reys Azərbaycan Respublikası Nazirlər Kabineti yanında  Operativ Qərargahın tapşırığına əsasən təşkil olunmuşdur.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 5-08-2020, 10:20