mobil versiya

Hafiz Hacıyev sürücülük hüququndan məhrum edildi - VİDEOFAKT



Bir neçə gün əvvəl Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin sürücülük hüququndan məhrum edilməsi barəsində məlumat verilmişdi. 

Lakin Hafiz Hacıyev açıqlamalar verərək kütləvi informasiya vasitələrində yanlış məlumatlar yayır, hətta Avtosfer.az saytının ünvanına təhqiramiz ifadələr işlədərək öz küçə mədəniyyətini nümayiş etdirir.

Məsələ ilə bağlı araşdırma aparılıb və müəyyən fotolar əldə edilib. Bu fotolar Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemindən çəkilib. Mərkəzi bazada da qeyd olunur ki, Hacıyev Hafiz Ələmdar oğlu 27 iyul 2020-ci il tarixindən etibarən sürücülük hüququndan məhrum edilib. Onun sürücülük hüququ 23 yanvar 2021-ci ildə bərpa ediləcək. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb Hacıyev Hafiz Ələmdar oğlunun yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq çoxsaylı cərimə balları yığması və cərimələri vaxtında ödəməməsidir.

Qeyd edək ki, sürücülük hüququ olmasa da Hacıyev Hafiz qanunları kobud şəkildə pozaraq 90 LT 710 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobili özü idarə edir.





SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-08-2020, 22:28