mobil versiya

Səfər Əbiyev: “Bu gün acı bir xəbər məni çox üzdü”



Eks müdafiə naziri Səfər Əbiyev keçmi müavini general-leytenant Çingiz Məmmədovun vəfatından kədərləndiyini ifadə edən ürək sözlərini göndərib:

 "Bu gün acı bir xəbər məni çox üzdü. Çox duyğulandım. Amma nə etməli ki, yaranan bir gün köçəcək. Uzun illər bir yerdə çalışdığım, peşəkar hərbçi, həyatını və ömrünü ordumuzun inkişafına həsr etmiş general-leytenant Çingiz Məmmədovun ölümünü olduqca ağır qarşıladım.


O, uzun sürən ağır xəstəlikdən sonra gözlərini əbədi dünyaya yumdu və haqqın dərgahına qovuşdu. Xəbəri gecə eşitdim. Oğlu yazmışdı. Son dəfə onunla Qurban bayramı günü danışdım. Bayramını təbrik etdim və artıq səs o səs deyildi...
    

Əzizim Çingiz, Allahdan Sənə böyük rəhmətlər diləyirəm! Yerin cənnət-məkan olsun! Əlvida dostum, əlvida əsgər yoldaşım!”.(Moderator.az)


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 9-08-2020, 19:37