mobil versiya

Abşeronda sel suları küçələri basdı: Evlərin həyətini yuyub apardı - VİDEO



Ölkə ərazisində yağan güclü leysan Abşeron rayonunun Görədil kəndində də bir sıra fəsadlara yol açıb.

Baku TV xəbər verir ki, sel suları yolları, yaşayış evlərinin həyətlərini yuyaraq aparıb.

Sel o qədər güclü olub ki, hətta avtomobil yolunu da keçilməz edib.

Güclü yağış məhəllə arası yollarda kanalizasiya xətlərini də sıradan çıxarıb.

Məsələ ilə bağlı sakinlərin müraciəti əsasında yerli icra nümayəndəliyi və bələdiyyə əraziyə baxış keçirib.

Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 19-08-2020, 09:47