mobil versiya

Qarabağla bağlı gizli faylları ifşa edən proqramçı ÖLDÜRÜLDÜ



Gürcüstanlı proqramçı Tamar Baçaliaşvilinin ölümü ilə bağlı inanılmaz faktlar ortaya çıxıb.

Baçaliaşvili iyul ayının -18 də yaşadığı evi şəxsi avtoçobili ilə tərk edib. Bundan sonra ailəsi və yaxınları onunla əlaqə qura bilməyib. Bir həftə sonra onun meyiti avtomobilin içərisində Tbilisinin 65 kilometrliyində olan meşədə tapılıb. İlkin ehtimala görə intihar etdiyi düşünülüb.

Tamarın ailəsi şok iddia ilə çıxış edib. Qızlarının Qarabağ müharibəsi ilə bağlı üç vəzifəli şəxsin məxfi fayllarını ifşa etdiyini, bundan sonra ona təhdidlər gəldiyini bildiriblər.

Tamarın anası Teona Tamazaşvili "Mən Azərbaycan və Türkiyə hökümətlərini bu məsələ ilə maraqlanmağa çağırıram, silah alınması üçün mənim qızım müxtəlif şirkətlərdən milyonlarla lari köçürüb. Qızım təsadüfən faylları açıb və silah təchizatı sxemini ifşa edib. Buna görə Dövlət Təhlükəsizliyi Xidməti mənim övladımın yoxa çıxması işində iştirak edib" deyə çıxış edib.//BAXAR.AZ

SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 31-08-2020, 15:48