mobil versiya

SON DƏQİQƏ: Ərdoğandan hərbi gəmilərə təlimat - Yunanıstanla müharibə...



Şərqi Aralıq və Egey dənizində Türkiyə-Yunanıstan gərginliyi artmaqdadır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün hökumətin iclasında hazırda Rodos adası yaxınlarında qazma-axtarış işi aparan “Oruc Rəis" gəmisini mühafizə edən hərbi gəmilərin ilk atəş açmaması və qarşı tərəfdən hər hansı bir həmlə gələrsə, lazımi addım atılması ilə bağlı təlimat verib.

İclasda gərginliyin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması barədə də fikir mübadiləsi də aparılıb.

Qeyd edək ki, Yunanıstan tərəfi Türkiyəyə ən yaxın quru sahəsi olan və silahsız bölgə elan edilən Meis adasında hərbi aktivliyini artırıb. Bu gün səhər saatlarında yunan patrul qayıqlarının hərəkəti müşahidə edilib. Həmçinin, yunan əsgərlərinin adada müdafiə istehkamlarını möhkəmləndirdiyi görülüb.//Redaktor.az 


SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 9-09-2020, 17:29