mobil versiya

5 uşaq atası hamilə arvadının qarnını yardı - Dəhşətə gətirən səbəb



Hindistanda ağlasığmaz olay yaşanıb.


REPORTYOR.AZ-ın milli.az-a istinadla xəbər verir ki, Uttar Pradeş əyalətində yaşayan kişi hamilə arvadının qarnını yarıb.

İddialara görə, 5 qız övladı olan Pannalal adlı şəxs doğulacaq körpəsinin cinsiyyətini öyrənmək üçün bu vəhşiliyə əl atıb.

NDTV-yə açıqlama verən Pravin Singh Chauhan adlı polis bildirib ki, Budaun qəsəbəsində yaşayan 35 yaşlı qadının vəziyyəti ağırdır. O, yeddi aylıq hamilə olub.

Qeyd edək ki, araşdırmalara görə, Hindistan qız uşaqlarının doğulmadan məhv edildiyi ölkələr arasında ilk sıralardadır.

SON XƏBƏR / DÜNYA / HADİSƏ
Tarix: 22-09-2020, 00:12