mobil versiya

Nişanlı qız intim görüntüləriylə ŞANTAJ OLUNUR - FOTO




Azərbaycanda daha bir gənc qız intim fotolarıyla şantaj edilir.

 "Ölkə.Az" xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Zülfiyyə Qurbanova yazıb. Onun sözlərinə görə, nişanlı qızı keçmiş sevgilisi fotolarıyla şantaj edir:

"Daha bir gənc qız eks sevgilisi tərəfindən şantaj olunur. Qız  nişanlıdır, polisə getmək istəmir. İntihar barədə düşünür. Ötən həftə 27 yaşlı qızı şantajla intihar həddinə çatdıran nakişi cinayət məsuliyyətinə cəlb olunsaydı, belə hallar təkrarlanmazdı. Qızlar, unutmayın ki, biz Azərbaycanda yaşayırıq. Ər evinə gedənədək heç kimlə yaxın olmayın. Şirin sözlərə, vədlərə inanmayın, heç kimə güvənməyin. Yanaşı şəkil belə çəkdirməyin.Başqalarının səhvi hamınıza ibrət olsun".

Qeyd edək ki, ötən həftə 27 yaşlı müəllimə Naidə İsayeva özünü çoxmərtəbəli binadan ataraq intihar edib. Mətbuatda yazılanlara görə, gənc müəllimə intim fotolarıyla şantaj edilirmiş.

1

1

1

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 23-09-2020, 11:25