mobil versiya

Azərbaycan Gürcüstandan mal-qara idxalını azaldıb



Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana ümumi dəyəri 567,72 min ABŞ dolları olan 333,48 ton diri iribuynuzlu mal-qara ixrac olunub.


“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, məhsulun həcmində illik müqayisədə 4,21 ton azalma qeydə alınıb.

Ötən ay Azərbaycan qonşu ölkədən 70,41 min ABŞ dolları dəyərində 51,9 ton diri qoyun və keçi də idxal edib. 2020-ci ilin yanvar ayında Gürcüstandan Azərbaycana bu məhsulun ixracı həyata keçirilməyib.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 20-02-2021, 12:00