"Azərkosmos" bu il xidmətlərin ixracından 22,5 mln. dollar gəlir əldə edib

Onun sözlərinə görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.
"Bu ilin iyul ayında “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,9 mln. ABŞ dolları dəyərində xidmət ixrac edib. "Azərkosmos" ASC-nin 2019-cu ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq və Birləşmiş Ərəb Əmirlikləridir", - deyə R. Hüseyn qeyd edib.
Qeyd edək ki, "Azərkosmos" cari ilin sonuna gəlirlərin 45 mln. dollara çatacağını proqnozlaşdırır.
Hüseyn Vəliyev /APA/
MANŞET / İQTİSADİYYAT / ÖLKƏ
Tarix: 30-08-2019, 14:16