mobil versiya

Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb




Bu ilin yanvar ayında Azərbaycanın İran İslam Respublikası ilə apardığı ticarət mübadiləsinin həcmi 25 401,61 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 3,4 dəfə azdır.

REPORTYOR.AZ-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin yanvar ayında Azərbaycandan İrana ixracın həcmi 1 349,1 min dollar təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 7 084 min dollar və ya 6,2 dəfə azdır. İdxalın həcmi isə 24 052,5 min dollara bərabər olub. Bu göstərici 2019-cu ilin yanvar ayı ilə müqayisədə 3,2 dəfə azalıb.

Nəticədə, hesabat dayında 22 703,5 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 3,1 dəfə azdır.

Qeyd edək ki, təkcə ötən ilin dekabr ayı ilə müqayisədə 2020-ci ilin yanvar ayında Azərbaycandan İrana olan ixrac 5,8 dəfə, idxal isə 27,9% azalıb. Ümumi ticarət mübadiləsi 38,4%, mənfi saldo isə 11% azalıb.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 27-02-2020, 11:37