Rəsmi Tehrandan bəyanat:”İranın raket proqramı müdafiə xarakteri dayışır”

İranın Xarici İşlər Nazirliyi (XİN) ölkənin ballistik raket sınaqları həyata keçirməsi ilə bağlı irəli sürülən ittihamlara cavab olaraq, bəyan edib ki, raket proqramı BMT qətnamələrini pozmur.

Bu barədə idarənin rəsmi nümayəndəsi Bəhram Qasiminin XİN-in saytına yerləşdirilən bəyanatında deyilir.

“İranın raket proqramı müdafiə xarakteri dayışır və ölkənin ehtiyaclarına uyğun olaraq hazırlanıb. BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsi raket proqramı və ya İranın raket sınaqlarını qadağan etmir”, – deyə Qasimi bildirib