Bakıda qadını bıçaqlayan şəxsin şok cinayəti üzə çıxdı

Bakının mərkəzində bıçaqlanma hadisəsi baş verib.
Publika.az xəbər verir ki, avqustun 24-də naməlum şəxs Nəsimi rayonu ərazisində kirayədə yaşayan Sumqayıt şəhər sakini S.Canımovaya bıçaqla xəsarət yetirib.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qurbanlı tutulub.
Ətrafında aparılmış tədbirlərlə onun avqustun 19-da Abşeron rayon sakini M.Alının baş nahiyəsinə şüşə qabla xəsarət yetirərək quldurluq yolu ilə 70 manat pulunu, mobil telefonunu və qızıl əşyalarını alması da müəyyən edilib.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

#polis #kriminal
HADİSƏ / CƏMİYYƏT
Baxılıb: 24 Tarix: 26-08-2019, 13:30
Şərh bildir
yenilə, əgər kod görünmürsə