mobil versiya

Azərbaycan millisi İslamiadada qızıl medal qazanıb






Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan 6-cı İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Yığma finalda Türkiyə seçməsinə 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

Azərbaycan yarımfinalda Misir yığmasından güclü olmuşdu – 22:15.
Yığma çempionluq titulunu qoruyub. Millimiz 2017 və 2022-ci illərdə də İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu və bu nəticə ilə üçüncü dəfə ardıcıl olaraq zirvəyə yüksəlib.

Reportyor.az



KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:18