mobil versiya

Xalq artisti Kamil Cəlilov dəfn edilib - FOTO - YENİLƏNİB-3




Mərhum Xalq artisti Kamil Cəlilov dəfn edilib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, sənətkar II Fəxri xiyabanda torpağa tapşırılıb.

***16:00

Mərhum Xalq artisti Kamil Cəlilovun dəfn olunacağı yer dəyişdirilib.

Bu barədə BAKU.WS-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xalq artisti Kamil Cəlilov bu axşam Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunacaq.

***13:38

Azərbaycanın Xalq artisti, qoboy ifaçısı, bəstəkar Kamil Cəlilovun dəfn yeri məlum olub.

BAKU.WS xəbər verir ki, bu barədə Report-a Xalq artistinin ailəsindən məlumat verilib.

Bildirilib ki, K.Cəlilov Bilgəh kənd qəbiristanlığında həyat yoldaşının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində anadan olub. O, dünən 84 yaşında vəfat edib.

***09:48

Azərbaycanın Xalq artisti, qoboyçusu, bəstəkarı və pedaqoqu Kamil Cəlilov dünyasını dəyişib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 84 yaşında vəfat edən musiqiçi bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir.

Kamil Cəlilov ailəli idi, 3 qızı var.




KARUSEL
Tarix: 23-02-2022, 22:30