mobil versiya

Mariupolda mühasirədə qalan mülki ukraynalıların sayı AÇIQLANDI




Ukraynanın Mariupol şəhərində Rusiya Silahlı Qüvvələrinin mühasirəsində qalan mülki ukraynalıların sayı məlum olub.

REPORTYOR.AZ xəbər verir ki, Bu barədə "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşuk bildirib.
O, qeyd edib ki, söhbət ümumi saydan gedir:




"Təbii ki, bu, 100 mindən çoxdur. Amma orada neçə nəfərin – 100 min mülki vətəndaşın qalmasından danışmaq lazımdır. Təkcə "Azovstal" zavodunda 1 000-dən çox qadın və uşaq var. Rusiyanın dinc insanları azad edib xilas etməyə borclu olduğu dəhlizdən danışmalıyıq. Bu, ümumilikdə Mariupolda qalan 100 mindən çox insandır"-deyə, o əlavə edib.

KARUSEL / DÜNYA
Tarix: 24-04-2022, 14:48