mobil versiya

Rasim Balayev xəstəxanaya yerləşdirildi



Azərbaycanın Xalq artisti, məşhur aktyor Rasim Balayevin səhhətində problemlər yaranıb.

REPORTYOR.AZ xəbər verir ki, bunu Report-a açıqlamasında Xalq artisti özü bildirib.

O deyib ki, hazırda xəstəxanada müalicə alır. “Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib evə buraxılacam”.

Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə uroloji əməliyyat olmuşdu.

KARUSEL / HADİSƏ / MƏDƏNİYYƏT
Baxılıb: 39 Tarix: 6-05-2022, 10:51



Şərh bildir
yenilə, əgər kod görünmürsə