mobil versiya

Xalq artisti koronavirusa görə xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdı - FOTO



Azərbaycanın Xalq artisti Sabir Əliyev də koronavirusa yoluxub.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə "ölkə.az"-a prodüser Sənan Sərdaroğlu məlumat verib.

Onun sözlərinə görə, sənətkar hazırda reanimasiyadadır, vəziyyəti ağırdır.

Qeyd edək ki, S.Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildən isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adını daşıyır.



SON XƏBƏR / GÜNDƏM
Tarix: 20-12-2020, 19:15